ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
Niderlandın “ING Group” şirkəti 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 2,6 %, 2026-cı ildə 2,8 % səviyyəsində müəyyən edib.
Bu barədə “Far.Az” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir.
Bu göstəricilər “ING Group”un öncəki proqnozu ilə müqayisədə dəyişməyib.
Hesabata əsasən, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rüblərdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 %, 2026-cı ildə 2,8 % səviyyəsində gözlənilir. Ötən il Azərbaycanda ÜDM 4 %-dən çox artıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il və 2026-cı ildə Azərbaycanda ÜDM-in artımı 3 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,7 % olacaq.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bu il iqtisadi artım proqnozunu 2,6 % səviyyəsində proqnozlaşdırır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM-i 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının bu il 2,7 % artacağını, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Oxşar xəbərlər
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













