Çin yanvar-iyul aylarında pivə tədarükünü 11,7% artırıb
Far.Az xəbər saytı

Çin yanvar-iyul aylarında pivə tədarükünü 11,7% artırıb


Çinli pivə tədarükçüləri yanvar-iyul aylarında öz məhsullarının həcmini illik 11,7% artıraraq, digər ölkələrin bazarlarına təxminən 376 milyon litr ixrac ediblər.

“Report” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Vurğulanıb ki, qeyd olunan malların dəyəri 259 milyon dolları (artım 8,3%) keçib.

Bununla belə, təkcə iyul ayında Çin pivəsinin ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,3% (53,28 milyon litrə qədər), pul ifadəsində isə 6,4% azalaraq 37 milyon dollar təşkil edib.

Çin digər ölkələrdən fəal şəkildə pivə alır. Lakin yeddi ay ərzində bu tədarüklər 22% azalaraq 216 milyon litrə düşüb.

Dəyər baxımından müvafiq alkoqollu məhsulların idxalı 21,2% azalaraq 298 milyon dollar təşkil edib.

Oxşar xəbərlər

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
“Araz”la əməkdaşlıq kiçik sahibkarların inkişafına töhfə verir 
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər