Bakıda qumbara və partladıcılar tapılıb
Far.Az xəbər saytı

Bakıda qumbara və partladıcılar tapılıb


Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762x54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər