"Quba"nın baş məşqçisi: "Əvvəlki oyunlardakı ssenari yenə davam etdi"
Əvvəlki oyunlardakı ssenari yenə davam etdi.
"Far.Az" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XI turunda "Şəki" ilə matçdan (56:78) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Məşqçi heyətdə itkilər olduğunu deyib:
"Əvvəlki oyunlardakı ssenari yenə davam etdi. Heyətdə itkilərimiz var idi. Zaur Paşayev sağalmamışdı. Onun oynamaması komandanın yarısının olmaması deməkdir. Buna baxmayaraq, oyunçular sona qədər mübarizə apardılar. Yeni transferimiz Jalen Reynoldsun tibbi müayinədən keçmək üçün özünü çatdıra bilməməsi işimizi bir az çətinləşdirdi. Növbəti oyunumuz "Gəncə"yə qarşıdır. Bu matça qələbə üçün çıxacağıq. O vaxta Zaur da sağalar, Jalen də oyuna çıxa bilər. Yəqin ki, tam başqa oyun olacaq. Nə " Gəncə", nə də "Şəki" qalib gələ bilməyəcəyimiz komandalar deyil. Bunu üç hissə göstərdik. Sadəcə heyətin kasadlığı öz sözünü dedi".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Şəki"nin türkiyəli baş məşqçisi: "Azərbaycan çempionatına çətin matçla başlayacağıq"
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
Baş katib: Azərbaycan Basketbol Liqasının səviyyəsi ildən-ilə artır - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
"Bakı Marafonu 2026" başlayıb













