Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib
Far.Az xəbər saytı

Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib


Misli Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.

"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.

Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.

Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Turun son görüşü bu gün "Neftçi" və "Sabah" arasında baş tutacaq. "Neftçi Arena"da keçiriləcək matçın start fiti saat 18:30-da səsləndiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Premyer Liqa: Bu gün XIX tura iki oyunla yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər