20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş X “Arpaçay Open” karate turnirinə yekun vurulub.
"Report" xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutan yarış yanvarın 17-dən 19-dək davam edib.
Ölkədə vətənpərvərliyin təbliğində və karatenin inkişafında əhəmiyyətli rol oynayan “Arpaçay Open”in Bakı İdman Sarayında keçirilən açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AKF-nin vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar.
Qeyd edək ki, turnirində Bakı, Sumqayıt və regionlar daxil olmaqla, xarici ölkəl'rdən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” birinci, “Qara brilyant” ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə üçüncü olub.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













