Hindistan və Ukrayna liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb
Far.Az xəbər saytı

Hindistan və Ukrayna liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb


“Prezident Zelenski və mən bu gün Kiyevdə çox məhsuldar müzakirələr apardıq”.

APA xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi “X” platformasındakı paylaşımında bildirib.

“Hindistan Ukrayna ilə iqtisadi əlaqələri dərinləşdirməyə həvəslidir. Biz kənd təsərrüfatı, texnologiya, əczaçılıq və digər bu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik. Biz həmçinin mədəni əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəldik”, - Baş nazir əlavə edib.

Hindistan lideri Zelenski ilə Ukraynada davam edən müharibə ilə bağlı da müzakirələr aparıb: “Sülhün qorunub saxlanması çox vacibdir. Münaqişənin sülh yolu ilə həlli bəşəriyyət üçün ən yaxşısıdır”.

Lamiyə Şirinova

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər