"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Far.Az xəbər saytı

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir


Ölkəmizdə ərzaq təminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verən "Azərsun Holdinq" yerli fermerlərdən zeytun tədarükünü davam etdirir.

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində fəaliyyət göstərən kiçik sahibkarların dəstəklənməsinə xüsusi önəm verən Şirkətlər Qrupu bu təşəbbüslə yerli xammal təminatının artırılmasına və yerli istehsal imkanlarının genişləndirilməsinə töhfə verir.

Qeyd edək ki, Abşeron rayonunda fəaliyyət göstərən yerli istehsalçılardan zeytunun tədarük edilməsi ölkədə zeytunçuluq ənənələrinin qorunub saxlanmasına, bu sahənin inkişafına və fermerlərin fəaliyyətinin təşviqinə əlverişli şərait yaradır.

Zeytunun təhvil verilməsi ilə bağlı əlaqə məlumatları:

Ünvan: Ziya Bünyadov prospekti, Xarici Dairəvi küçəsi, 2038-ci məhəllə (73 saylı orta məktəbin yanı)

Telefon: +994 12 404 19 19 (daxili: 2903)

Əlaqədar şəxs: Muhammed Emin Kalan

Elektron poçt: muhammed.kalan@azersun.com

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Azərsun Holdinq" yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
"Azərsun Holdinq" ADEX 2026 sərgisində iştirak edir
"Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər