Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb


Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.

“Far.Az” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Grand Kartal” hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.

Oxşar xəbərlər

Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB
Azərbaycan XİN hoteldəki yanğınla bağlı Türkiyəyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər