Məzahir Pənahov: Veb-kameralar quraşdırılan məntəqələr ölkənin bütün coğrafiyasını əhatə edir
Far.Az xəbər saytı

Məzahir Pənahov: Veb-kameralar quraşdırılan məntəqələr ölkənin bütün coğrafiyasını əhatə edir


Veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, veb-kameralar məntəqələrdəki prosesin izlənilməsi baxımından ən yüksək səviyyədədir:

"2008-ci ildən Azərbaycanda seçki məntəqələrində veb-kameralar quraşdırılır. Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır. Ona görə veb-kameraların quraşdırılması da Prezident sərəncamı ilə ölkə büdcəsi hesabına həyata keçirildi".

MSK sədri əlavə edib ki, seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq:

"Heç bir icazə və qeydiyyat olmadan dünyanın hər yerindən həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkündür".

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər