Qurban Qurbanov: "Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir"
Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir.
"Far.Az"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis məğlub olduqları görüş barəsində danışıb:
"İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FCSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsümkü çıxışlarımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq".
O, bu görüşdə qapıda Fabian Buntiçə şans verməsinin səbəbini açıqlayıb:
"Koxalski zədəli olduğu üçün Buntiçə şans vermişdim. Buna görə peşman deyiləm. Qolların təkrarına baxdım. Düşünürəm ki, çətin toplar idi, Buntiçi günahlandırmaq istəməzdim".
Q.Qurbanov "Qarabağ"ın Avropa Liqasındakı məğlubiyyətinin Premyer Liqadakı çıxışlarına təsir göstərə biləcəyini bildirib:
"Adətən belə oyunlardan sonra ruh düşkünlüyü yaşanır. Nəzərə alsaq ki, Avropa Liqasında pley-offa çıxmaq şansımızı itirdik. Lakin hələ 1 görüşümüz qalıb. Səfərdə "Olimpiakos"la (Yunanıstan) matçda yaxşı nəticəyə ümid edirik. Ola bilsin, futbolçularımız Premyer Liqa qarşılaşmalarında müəyyən ruh düşkünlüyü yaşasınlar. Amma get-gedə bunun aradan qalxacağına inanıram".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













