Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlayıb.
"Far.Az" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, DVX-nın rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb.
Qeyd edilib ki, platforma DVX-nın İnternet Vergi İdarəsində yaradılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan Almaniyanın vergi sahəsində təcrübələrini araşdıracaq
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Dünya üç yerə bölünəcək? - Məşhur "The Economist" nəşrindən 2026-cı il üçün PROQNOZLAR
-
Misirdə ŞOK HADİSƏ: Qadın doqquz uşaq gözlədiyini öyrənib
-
Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib













