“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib
Far.Az xəbər saytı

“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib


Mətbuat Şurasında “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub.

“Report” xəbər verir ki, təlimlər Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika (BDU) fakültəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda təlimçilərlə iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər