Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən "Far.Az"a bildirilib ki, qardaş ölkənin Baş naziri Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, Pakistan və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.
Göstərilən qonaqpərvərliyə, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Birgə Komissiyanın həmsədri, nazir V.Mustafayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənab Məhəmməd Şahbaz Şərifə və Pakistan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
V.Mustafayev Azərbaycanın və Pakistanın dövlət başçılarının məqsədyönlü siyasəti və birgə səyləri nəticəsində ölkələrimiz arasında durmadan inkişaf edən tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin xalqlarımızın rifahı və tərəqqisinə önəmli töhfələr verdiyini qeyd edib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına onun səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Görüşdə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Azərbaycanın və Pakistanın çox şaxəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlərin uğurla aparıldığı vurğulanıb. Etibarlı tərəfdaş və qardaş ölkələrin dövlət mənafelərinin səmərəli təminatı istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekun Protokolu imzalanıb, növbəti iclas Bakıda keçiriləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
-
Prezident: "Kommunikasiya texnologiyaları qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"
-
2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?













