Yasamalda onbirmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - FOTO/VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Yasamalda yaşayış binasının zirzəmisində yanğın baş verib - YENİLƏNİB
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA













