Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Far.Az xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO
Yasamalda yaşayış binasının zirzəmisində yanğın baş verib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib













