Salyanda yol qəzasında bir ailənin üç üzvü ölüb, adları məlum olub - YENİLƏNİB - VİDEO
Far.Az xəbər saytı

Salyanda yol qəzasında bir ailənin üç üzvü ölüb, adları məlum olub - YENİLƏNİB - VİDEO


Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

“Report”un Aran bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.

Daha bir uşaq, İ.V. isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

2025-01-29 23:31

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Ölənlərdən 3-ü azyaşlıdır, onlardan ikisi bir ailənin üzvüdür.

Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər