"Qarabağ"ın baş məşqçisi: "Rəhbərlik hər zaman mənim yanımdadır"
Far.Az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi: "Rəhbərlik hər zaman mənim yanımdadır"


Rəhbərlik hər zaman mənim yanımdadır.

"Far.Az"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis 16 il Ağdam təmsilçisinin baş məşqçisi vəzifəsində çalışmasından danışıb:

"Təbii ki, bu asan iş deyil. Futbol kollektiv oyundur. Hər zaman işin gedişində dəyişikliklər olmalıdır. Aylar, illər ərzində komandada yeni simalar, oyunçular görürsən. Həmin futbolçularla uğur qazanmaq üçün uzun yola çıxırsan və bu asan başa gəlmir. Mənim bəxtim gətirdi ki, klubda ancaq yaxşı insanlarla işləməyə başladım. Komandada belə bir kollektiv formalaşdırmağımızda klub idarəçiləri mənə çox yardımçı olurlar. Rəhbərlik hər zaman mənim yanımdadır. Avropada da bu cür hallar yaşanır. Bəzən görürük ki, hansısa baş məşqçi bir klubda uzun illər çalışır. Öz üzərimizdə daim işləyirik",

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər