Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq
Far.Az xəbər saytı

Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq


Xocalıdan məcburi köçkün düşən sakin uzun müddət doğma yurdun həsrətini çəkdiklərini deyib.

Bu barədə “Report”un Xocalıya ezam edilmiş əməkdaşına açıqlamasında doğma yurduna dönən şəhər sakini Nofəl Rzayev danışıb.

O, uzun müddətdən sonra yenidən Xocalıya qayıtmalarının sevincini yaşadıqlarını vurğulayıb:

“Məcburi köçkün düşdükdən sonra Oğuz rayonunda məskunlaşaraq həyatımıza orada davam etdik. Bu gün mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur.

Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Biz də məhz bunun sayəsində rahat şəkildə doğma yurda qayıtmışıq. Mən bir azərbaycanlı olaraq, çox qürurluyam”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər