Aİ-nin xüsusi nümayəndəsi: Regionda yeni bölücü xətlər yaratmaq niyyətində deyilik
Far.Az xəbər saytı

Aİ-nin xüsusi nümayəndəsi: Regionda yeni bölücü xətlər yaratmaq niyyətində deyilik


Avropa İttifaqı regionda yeni bölücü xətlər yaratmaq niyyətində deyil.

Bunu "Report"a müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

"Aİ burada və orada tez-tez oxuduğum kimi (Azərbaycan və Ermənistan -red.) regionda yeni bölücü xətlər yaratmaq, məğlubiyyətlə nəticələnəcək qələbədə (zero-sum game) iştirak etmək və ya "gizli gündəlik" təşviq etmək niyyətində deyil", - o əlavə edib.

M.Qrono vurğulayıb ki, Aİ-Azərbaycan münasibətləri, əlbəttə ki, enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır:

"Aİ-nin niyyəti harada durduğumuzu və nəyə nail olmaq istədiyimizi daha yaxşı anlayaraq ikitərəfli gündəliyimizi yenilənmiş enerji ilə irəli aparmaqdan ibarətdir. Eyni ruhda, Aİ-Ermənistan münasibətləri də genişdir, yəni davam edən islahatlara, demokratiya və insan hüquqlarına dəstəyimizlə məhdudlaşmır. İkitərəfli gündəliklərimiz hərtərəflidir".

Xüsusi nümayəndənin sözlərinə görə, Aİ Bakı və İrəvanın tələbi, eləcə də tərəfdaş olan hər iki ölkəyə sabit, təhlükəsiz və firavan gələcəyə doğru irəliləməkdə kömək etmək istəyi ilə bu regiondadır:

"Bu dəstək Bakı və İrəvanın tələb etdiyi qarşılıqlı əlaqənin miqyası və dərinliyi ilə şərtlənir. Aİ bu strateji regiona, həmçinin Azərbaycan və Ermənistanla bərabərhüquqlu tərəfdaşlığa sadiqdir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər