Bakı Şəhər Gənclər və İdman İdarəsi Gənclər Günü münasibətilə mükafatlandırma mərasimi keçirib
Bakı Şəhər Gənclər və İdman İdarəsində (BŞGİİ) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilən 2 Fevral - Azərbaycan Gəncləri Gününün tarixçəsi ilə bağlı videoçarxı izləyiblər.
BŞGİİ-nin rəisi Dənyar Teymurlu çıxış edərək gəncləri təbrik edib, onların müstəqil dövlətimizin qurulmasında, onun qorunmasında və inkişafında önəmli rolu oynadıqlarını vurğulayıb. O, qeyd edib ki, gənclərin beynəlxalq aləmdə tanıdılması, onların istedadlarının inkişaf etdirilməsi və müxtəlif sahələrdə uğurlar qazanması üçün müvafiq proqramlar həyata keçirilir. Onları fəal olmağa və yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.
Sonra söz gənclərə verilib, onlarla fikir mübadiləsi aparılıb, təklif və iradları dinlənilib.
Sonda gənclər cəmiyyətdəki aktivliyi, sosial layihələrdəki iştirakları və əldə etdiyi uğurlar nəzərə alınaraq mükafatlandırılıblar.
Mükafatlar gənclərin motivasiyasını artırmaq və onların gələcək fəaliyyətlərinə stimul vermək məqsədini daşıyır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













