Azərbaycanda elektron satınalmalarda iştirakçı sayı 2 dəfəyə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanda elektron satınalmalarda iştirakçı sayı 2 dəfəyə yaxın artıb


Azərbaycanda 2024-cü ildə elektron dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,4 təşkil edib.

"Far.Az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Bildirib ki, 2023-cü illə müqayisədə müsabiqələrdə orta iştirakçı sayı təxminən iki dəfə artıb.

“Dövlət satınalmalarına daha çox iştirakçının cəlb olunması rəqabətin güclənməsinə, sahibkarlığın inkişafına və iqtisadi artıma töhfə verir”, – deyə M. Abbasbəyli vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda elektron satınalmaların ümumi məbləği 3 dəfədən çox artıb
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər