Maqdalena Qrono: Azərbaycan və Ermənistan rəsmiləri ilə müzakirələrimiz zamanı ümidverici bəyanatlar eşitdim
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan və Ermənistan rəsmiləri ilə müzakirələr zamanı regionda sülh və sabitliyə dair ümidverici bəyanatlar eşitdiyini bildirib.
Bu barədə o, “Report”a müsahibəsində danışıb.
“Müzakirələrimiz zamanı regionda sülh və sabitliyə dair, xüsusən də iki ölkə arasında normallaşma prosesinin davam etdirilməsi ilə bağlı ictimai məkanda səsləndirilən aqressiv tonlu çıxışlardan fərqli olan ümidverici bəyanatlar eşitdim”,- deyə xüsusi nümayəndə vurğulayıb.
M.Qrono görüşlərdə tərəfləri 2023-cü ilin dekabrından bəri ikitərəfli istiqamətdə əldə edilmiş irəliləyiş sayəsində yaranmış dinamikanı qoruyub saxlamağa təşviq etdiyini də diqqətə çatdırıb:
“Bu kontekstdə həll edilməmiş məsələlər üzrə razılaşmaların əldə edilməsinə şərait yaradan sakit və müsbət mühitin təmin edilməsinin vacibliyini vurğuladım. İstər sülh müqaviləsi, istərsə də əlaqə və humanitar məsələlər üzrə tezliklə razılığa gəlinməsinin əhəmiyyətini qeyd etdim”.
Aİ rəsmisi hesab edir ki, normallaşmanın ilk mərhələsi artıq öz nəticələrini göstərir:
“Azərbaycan və Ermənistan arasında müzakirələr aparılması üçün strukturlaşmış və yaxşı təşkil olunmuş bir çərçivə mövcuddur. İndi münaqişə səhifəsini birdəfəlik çevirmək, bütün həll olunmamış məsələlər üzrə qarşılıqlı məqbul həllər tapmaq və region əhalisi üçün sülh və daha firavan həyatı təmin edəcək siyasi iradəni nümayiş etdirmək vaxtıdır”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













