Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Nyu-Yorkda təhsil alan tələbələrlə görüşüb
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan-Amerika Gənclər Federasiyasının (“Azerbaijani-American Youth Federation”) üzvləri, tələbələrlə görüşüb.
"Far.Az"un ABŞ bürosunun məlumatına görə, görüş BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutub.
Görüşdə Nyu-Yorkda təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib.
T.Musayev gənclərə Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasının tarixçəsini izah edib. Bildirib ki, 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul edilməsi ilə bağlı qətnamə qəbul olunub. Bununla əlaqədar olaraq, BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb, mayın 6-dan etibarən isə ölkəmizin Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb.
Diplomat ilk gündən etibarən, Azərbaycanın BMT platformasında Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, həmçinin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səy göstərildiyini vurğulayıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qətnamələr barədə məlumat verib.
Daimi nümayəndə Azərbaycan Respublikasının BMT-nin müxtəlif proqramları ilə səmərəli əməkdaşlığından, ölkəmizin BMT-yə verdiyi töhfələr və bu günə qədər həyata keçirilən işlər barəsində də gənclərə geniş məlumat verib.
Sonda, T.Musayev tələbələrin maraqlandığı suallara aydınlıq gətirib.
Görüşdə iştirak edən gənclər öz növbələrində səfirlə təklif və fikirlərini bölüşüblər.
Daha sonra tələbələr üçün BMT-nin qərargahında qısa tur təşkil olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
ABŞ-də təhsil alan azərbaycanlı tələbə: Buradakı fəaliyyətimin istiqamətini müəyyən edən amil Vətən sevgisidir - MÜSAHİBƏ
ABŞ-də təhsil alan azərbaycanlı tələbə: Buradakı fəaliyyətimin istiqamətini müəyyən edən amil Vətən sevgisidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













