Azərbaycanın xam neft ixracı oktyabr ayında kəskin artıb
Far.Az xəbər saytı

Azərbaycanın xam neft ixracı oktyabr ayında kəskin artıb


Azərbaycanın xam neft ixracı oktyabr ayında sentyabr ayı ilə müqayisədə əhəmiyyətli artım göstərib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, cari ilin 10 ayı ərzində Azərbaycan ümumilikdə 20.75 milyon ton xam neft ixrac edib ki, bu da sentyabrın 16.99 milyon ton göstəricisindən 3.76 milyon ton və ya 22.1% çoxdur.

Statistik dəyər baxımından da yüksəliş qeydə alınıb: oktyabrda ixracın ümumi dəyəri 10.85 milyard dollar, sentyabrda isə 8.94 milyard dollar olub.

Ölkələr üzrə göstəricilər belədir: İtaliya 12.08 milyon ton (6.23 milyard dollar), Çexiya 1.31 milyon ton (701.37 milyon dollar), Xorvatiya 1.19 milyon ton (634.65 milyon dollar), Almaniya 957 min ton (502.02 milyon dollar), Rumıniya 870 min ton (475.94 milyon dollar), Portuqaliya 803 min ton (430.73 milyon dollar), Böyük Britaniya 515 min ton (273.05 milyon dollar), Yunanıstan 501 min ton (268.49 milyon dollar), İrlandiya 411 min ton (214.83 milyon dollar), Niderland 361 min ton (182.86 milyon dollar), Tunis 310 min ton (167.92 milyon dollar), Fransa 281 min ton (143.05 milyon dollar), Hindistan 250 min ton (126.11 milyon dollar), İsveçrə 173 min ton (96.64 milyon dollar), Avstriya 178 min ton (87.95 milyon dollar), Tailand 138 min ton (75.91 milyon dollar), İndoneziya 131 min ton (72.13 milyon dollar), Türkiyə 133 min ton (65.04 milyon dollar), Danimarka 88 min ton (49.69 milyon dollar), Bolqarıstan 79 min ton (48.23 milyon dollar) və Gürcüstan 3.84 min ton (1.59 milyon dollar) təşkil edib.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər