Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-da fəal iştirak edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransında (COP30) iqlim dayanıqlığı, davamlı inkişaf və inklüziv keçidlərə dair yüksək səviyyəli müzakirələrdə fəal iştirak edib.
Far.Az xəbər verir ki, nümayəndə heyətinə Mərkəzin üzvləri-BMT Baş Assambleyasının 73-cü Sessiyasının Prezidenti Maria Fernanda Espinosa, Fortescue şirkətinin İdarə Heyətinin üzvü, ExxonMobil şirkətinin sabiq vitse-prezidenti Cin Baderşnayder və COP20 Prezidenti Manuel Pulgar-Vidal daxildir.
COP30 Yerli Liderlər Forumunda çıxış edən Maria Fernanda Espinosa şəhərlərin iqlim böhranına qarşı həm həssas, həm də transformativ güc mərkəzləri olduğunu vurğulayaraq ədalətli keçidin təmin edilməsinin vacibliyini qeyd edib.
Konfrans çərçivəsində Mərkəzin nümayəndələri biomüxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə edilməsi və yabanı fauna cinayətlərinə qarşı mübarizə mövzularında aparılan beynəlxalq təşəbbüslərə qoşulub, həmçinin COP29-un Bakıda formalaşan irsinin davam etdirilməsi üzrə tərəfdaşlarla fikir mübadiləsi aparıblar.
Mərkəz, eyni zamanda, Xəzər regionunda iqlim əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş "Global Dialogue and the Caspian Sea" prosesində iştirak edərək su səviyyəsinin azalması, çirklənmə və biomüxtəliflik itkiləri kimi ekoloji çağırışlara qarşı çoxtərəfli fəaliyyətin əhəmiyyətini önə çəkib.
COP30-da "UNCTAD"ın təşkil etdiyi xüsusi sessiyada Mərkəzin üzvləri davamlı ticarət və sərmayənin milli iqlim öhdəliklərinin (NDC-lər) icrasında rolunu, eləcə də aşağı emissiyalı dəyər zəncirlərinin qurulması üzrə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər













