Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb
Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var", - mətbuat xidməti bildirib.
Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU













