KOBİA: Sahibkarlara verilmiş 192 “Startap” şəhadətnaməsinin 50 %-ə qədəri gənclərə aiddir
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu günədək 192 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib ki, onların 50 %-ə qədəri gənc startaplardır.
“Far.Az” xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “Gənc sahibkarların V forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Startap” şəhadətnaməsi sahibkarları üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirə görə mənfəət və gəlir vergisindən azad edir: "Bununla yanaşı, bu sənəd startaplara yerli və xarici investorların marağını artırır, onların xarici bazarlara çıxışını asanlaşdırır".
O.Məmmədov qeyd edib ki, KOBİA ölkənin müxtəlif şəhər və rayonlarında KOB inkişaf mərkəzləri yaradıb: "Bu mərkəzlər yeni biznesə başlamaq istəyənlərə, startaplara və sahibkarlara təlimlər keçirir, məsləhət və mentorluq xidmətləri göstərir. Sözügedən xidmətlər təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz təmin edilir. Sevindirici haldır ki, 2024-cü ildə bu xidmətlərdən faydalananların 40 %-ni gənclər təşkil edib".
O bildirib ki, KOB-ların inkişafına dəstək məqsədilə 2021-ci ildən etibarən KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi həyata keçirilir. Bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin reallaşmasına şərait yaradır və gənc sahibkarların rolunu artırır. Agentlik tərəfindən keçirilmiş altı qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən 99 qalib layihə arasında gənc sahibkarlar və startaplar da yer alıb.
O. Məmmədov vurğulayıb ki, gənclərin biznes təşəbbüslərini və ideyalarını reallaşdırmaq üçün bu cür tədbirlərin və müzakirələrin təşkili olduqca vacibdir:
“Bugünkü forum əhəmiyyətli bir platformadır. Forumun uğurlu keçməsi üçün müzakirələrin strukturlaşdırılmış olması və iştirakçılara öz fikirlərini ifadə etmək üçün kifayət qədər imkan yaradılması önəmlidir. Forumun nəticəsi olaraq gənclərin ehtiyaclarına uyğun konkret həllər, dəstək proqramları və təşəbbüslər hazırlana bilər”.
Oxşar xəbərlər
Orxan Məmmədov: "Azərbaycanda 182 KOB subyekti “Startap” şəhadətnaməsi alıb"
Azərbaycanda daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb
Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













