Çox yatmaq nədən xəbər verir? – Orqanizmin verdiyi 7 mühüm siqnal
Far.Az xəbər saytı

Çox yatmaq nədən xəbər verir? – Orqanizmin verdiyi 7 mühüm siqnal


İnsanların əksəriyyəti yuxusuzluğun sağlamlığa mənfi təsirlərini bilir. Lakin normadan artıq yatmaq da bəzən orqanizmdə baş verən müəyyən problemlərin göstəricisi ola bilər.

Əgər insan kifayət qədər yatmasına baxmayaraq gün ərzində yenidən yuxulamaq istəyirsə, səhərlər yorğun oyanırsa və yataqdan qalxmaqda çətinlik çəkirsə, bunun səbəblərini araşdırmaq lazımdır.

Bəs çox yatmaq nədən xəbər verir? Bu, sadəcə yorğunluqdur, yoxsa hansısa sağlamlıq probleminin əlamətidir?

BAKU.WS xəbər verir ki, uzunmüddətli və normadan artıq yuxululuq həm həyat tərzi, həm də müxtəlif fiziki və psixoloji amillərlə əlaqəli ola bilər.

Çox yatmağın əsas səbəbləri

1. Dəmir çatışmazlığı və qanazlığı

Orqanizmdə dəmir çatışmazlığı və qanazlığı insanın özünü daim yorğun hiss etməsinə, halsızlığa və yuxululuğa səbəb ola bilər. Belə insanlar gecə kifayət qədər yatsalar da, gün ərzində enerjisiz qala bilərlər.

2. Qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi

Hipotireoz zamanı qalxanabənzər vəzi kifayət qədər hormon istehsal etmir. Nəticədə maddələr mübadiləsi zəifləyir, insanda yorğunluq, halsızlıq, üşümə, çəki artımı və yuxululuq müşahidə oluna bilər.

3. Depressiya və psixoloji gərginlik

Çox yatmaq hər zaman fiziki problemlərlə əlaqəli deyil. Depressiya, uzunmüddətli stress və emosional gərginlik də yuxu rejiminə təsir göstərə bilər. Bəzi insanlarda yuxu pozğunluğu və yuxusuzluq, digərlərində isə həddindən artıq yatmaq istəyi yaranır.

4. Yuxu apnesi – gecə nəfəsin dayanması

İnsan gecə 8-10 saat yatmasına baxmayaraq səhər yorğun oyana bilər. Bunun səbəblərindən biri yuxu apnesidir. Bu zaman yuxu müddətində nəfəsalma dəfələrlə qısa müddətə dayanır və yuxunun keyfiyyəti pozulur.

Güclü xoruldama, yuxuda nəfəsin kəsilməsi, səhərlər baş ağrısı və gün ərzində yuxululuq bu problemin əsas əlamətləri arasındadır.

5. Diabet və maddələr mübadiləsi problemləri

Qanda şəkərin səviyyəsinin normadan yüksək olması bəzi insanlarda yorğunluq və halsızlıq yarada bilər. Tez-tez susamaq, sidiyə çıxmaq, iştahanın dəyişməsi və səbəbsiz çəki itkisi də diabetin mümkün əlamətləridir.

6. Dərmanların yan təsirləri

Bəzi allergiya dərmanları, sakitləşdiricilər, yuxu dərmanları, müəyyən ağrıkəsicilər və antidepressantlar yuxululuğa səbəb ola bilər. Əgər insan hər hansı dərmanı qəbul etməyə başladıqdan sonra daha çox yatmaq istəyirsə, bunu həkimlə müzakirə etməlidir.

7. Hipersomniya – həddindən artıq yuxululuq

Bəzən çox yatmaq ayrıca yuxu pozuntusu ilə əlaqəli olur. Hipersomniya zamanı insan gecə uzun müddət yatmasına baxmayaraq gündüz də yuxuya ehtiyac duyur. Hətta gündəlik fəaliyyətlər zamanı belə yuxululuqdan xilas ola bilmir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər