USAID-in rəsmi saytı fəaliyyətini dayandırıb
Far.Az xəbər saytı

USAID-in rəsmi saytı fəaliyyətini dayandırıb


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmi veb-saytı fəaliyyətini dayandırıb və hazırda əlçatan deyil.

“Far.Az” xəbər verir ki, USAID proqramlarının maliyyələşdirilməsi ABŞ-nin yeni administrasiyası tərəfindən dayandırıldıqdan sonra istifadəçilər sayta daxil olmaq istəyərkən giriş xətası ilə üzləşirlər.

Agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur.

Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask təsdiqləyib ki, xarici yardımın yalnız 10 %-dən az hissəsi həqiqətən ehtiyacı olan insanlara çatır.

Milyarder Den Pena isə bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır, bu rəqəm 0 %-ə yaxındır. Onun sözlərinə görə, kasıb ölkələrə vəd edilən bütün pullar "oğurlanır".

"Biz dünyada yoxsulluq problemini bir anda həll edə bilərdik. Onların bunu Afrikada, Efiopiyada və başqa yerlərdə niyə etmədiyini bilirsiniz? Korrupsiyaya görə", - milyarder vurğulayıb və əlavə edib ki, bunu hamı bilir, amma heç kim danışmır.

Veb-saytla yanaşı, USAID-in "X" hesabı da deaktiv edilib.

Xatırladaq ki, İlon Mask USAID-in ləğvi prosesinin getdiyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər