İran XİN: Biz Cənubi Qafqazda sabitlikdə maraqlıyıq
Far.Az xəbər saytı

İran XİN: Biz Cənubi Qafqazda sabitlikdə maraqlıyıq


Tehran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.

“Far.Az” İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib.

"Qafqazda təhlükəsizlik, o cümlədən Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşuların təhlükəsizliyi bizim üçün çox vacibdir. Bizim Azərbaycan və Ermənistanla uğurlu münasibətlərimiz var və son günlərdə diplomatik danışıqlar aktivləşib", - o qeyd edib.

İ.Bəqainin sözlərinə görə, İran iki ölkə arasında dialoqun inkişafına yardım etməyə hazır olduğunu ifadə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər