Samir Abasov: "Böyük hesabla da qələbə qazana bilərdik"
Far.Az xəbər saytı

Samir Abasov: "Böyük hesabla da qələbə qazana bilərdik"


Böyük hesabla da qələbə qazana bilərdik.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qələbəyə görə sevincli olduqlarını bildirib:

“Bilirsiniz ki, kubok oyunlarına necə köklənmişik. Bu məqsədi qarşımıza stimul kimi qoymuşuq. Əlbəttə, çətin səfərdən qələbə ilə dönmək yaxşıdır. Amma bu hələ son deyil Çünki rəqibə epizodlar verdik. Hər cür hesab ola bilərdi. Böyük hesabla da qələbə qazana bilərdik. Əsas odur ki, bu matç o biri oyuna hazırlaşmaq üçün bizə yaxşı motivasiya və ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun “Neftçi” üçün əhəmiyyətini anlayırlar. Artıq Bakıya qayıdıb çempionat oyununa hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər