Qərbi Azərbaycan Xronikası: Son beş ildə Ermənistanı 40 mindən çox insan tərk edib
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistanda bölgələr sürətlə boşalır” adlı süjet hazırlanıb.
“Far.Az” xəbər verir ki, süjetdə son beş ildə 40 mindən çox insanın Ermənistanı tərk etməsindən bəhs olunur.
Bildirilir ki, ermənilər Azərbaycanın tarixi bölgəsindən kütləvi şəkildə qaçırlar, proses Zəngəzur, Göyçə və digər mahallarda daha sürətlə gedir.
Qeyd olunur ki, bir neçə ay ərzində Tavuş bölgəsində əhali 3 200 nəfər, Göyçə (Geqarkunik) ərazisində isə 15 min nəfər azalıb.
Sonda vurğulanır ki, Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda kütləvi narazılıq başlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: "Bölgə "qaynar qazana" çevrilib"
Erməni baş nazir yenidən “yalan maşını"nı işə saldı - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası: Ermənistan hakimiyyətinin siyasəti azərbaycanlıların qayıdışına zəmin yaradacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













