Saymon Stil: Bakıda yeni qlobal iqlim maliyyələşdirilməsi hədəfini qəbul etməklə irəliyə doğru böyük addım atdıq
2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29-da əldə edilmiş yeni qlobal iqlim maliyyələşdirilməsi hədəfi irəliyə doğru atılmış mühüm addımdır.
“Far.Az” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Stil Braziliyada Rio Branko İnstitutunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni maliyyə hədəfi iqlim maliyyələşdirilməsinin minimum həcmidir.
“300 milyard dollar maksimum deyil, başlanğıc səviyyədir. İnkişaf etməkdə olan ölkələrə daha çox vəsaitin çatması həyati əhəmiyyət kəsb edir, çünki onlar borcların qarşılanması üçün xidmət və yüksək kapital xərcləri ilə mübarizə aparırlar”, - Stil söyləyib.
Onun sözlərinə görə, 10 il əvvəl Parisdə pul köçürmələri ilə bağlı razılıq əldə olunub: “Biz razılaşdıq ki, bütün maliyyə axınları iqlimlə bağlı öhdəliklərimizə uyğun olmalıdır. Beynəlxalq maliyyə sisteminin istiqamətini dəyişmək asan məsələ deyil. Amma bu il qarşımıza məqsəd qoyduq - maliyyələşmənin 1,3 trilyon dollar həcmində olmasını necə təmin edə biləcəyimizi addım-addım müəyyənləşdirməliyik (belə razılıq Bakıda da əldə olunub”.
"10 ildən bir qədər çox müddətdə biz demək olar ki, heç nədən 2 trilyon ABŞ dollarınadək yol qət etdik. Bununla yanaşı, dünya ölkələrinin üçdə ikisindən çoxu hələ də iqlim dəyişikliyi ilə mübarizə üzrə genişmiqyaslı tədbirlər görmək üçün maliyyə imkanları əldə etməyə can atır", - Stil bildirib.
Onun sözlərinə görə, bütün ölkələr zəruri maliyyələşdirmə təmin edilərsə, ilk növbədə 1,3 trilyon dollar həcmində Bakı-Belen yol xəritəsini həyata keçirməklə öz potensiallarını tam reallaşdıra biləcəklər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub













