Qırğızıstanda himn dəyişdirilir
Far.Az xəbər saytı

Qırğızıstanda himn dəyişdirilir


Qırğızıstanda himnin sözlərini və musiqisini dəyişmək üçün müsabiqə elan ediləcək.

“Report” Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Timurlan Ajımaliyev himnin dəyişdirilməsi üzrə komissiyanın ilk iclasında bildirib.

"Məqsəd xalqın tarixi irsini, mədəniyyətini və birliyini əks etdirən əsər yaratmaqdır. Bununla bağlı bəstəkarlar, şairlər, musiqiçilər və yaradıcı kollektivlər dəvət olunur", - o qeyd edib.

Xatırladaq ki, himni dəyişdirməyi parlament spikeri Nurlanbek Şakiyev təklif edib. N.Şakiyev yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməli olduğunu bildirib. Himnin üç variantını hazırlayıb Joqorku Keneşə təqdim etməli olan idarələrarası komissiya yaradılıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər