Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub
Far.Az xəbər saytı

Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub


İspaniyanın “Real” klubunun xorvatiyalı futbolçusu Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı oyunda (1:1) iştirak etməklə reallaşdırıb.

O, Madrid derbilərində 40-cı dəfə meydana çıxmaqla “Real”ın sabiq hücumçusu Kərim Benzemanı (39) geridə qoyub.

Qeyd edək ki, Madrid derbilərində iştirak sayına görə siyahıda üçüncü yeri Toni Kroos (33 matç) tutur. Növbəti pillələrdə isə Yan Oblak (32), Kriştianu Ronaldu və Antuan Qrizmann (hər ikisi 31) yer alıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər