Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb
Far.Az xəbər saytı

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb


Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

"Report" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.

6 gün davam edən turnirin son günündə oğlanlar arasında 14, qızlarda 7 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İK (3-0-1) yiyələndiyi halda, “üçlüy”ü Naxçıvan MR (2-0-0) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Əli Əliyev (Gəncə) layiq görülüb. Ən yaxşı məşqçi Vüsal Gözəlov (DİN İC), ən yaxşı hakim isə Stanislav Krılov seçilib.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Oxşar xəbərlər

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Gənc boksçular arasında Azərbaycan birinciliyində finalçılar bəlli olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər