Azərbaycanın olimpiya mükafatçısı: "Zərbənin təsirindən az qala qulağımın yarısı qopmuşdu"
Zərbənin təsirindən az qala qulağımın yarısı qopmuşdu.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı təlim-məşq toplanışından kənarda qalması barədə danışıb:
“Zaqreb Open”də moldovalı güləşçi ilə görüşə çıxmışdım. Qarşılaşma start götürəndən qısa müddət sonra 7:0 hesablı üstünlük əldə etdim. Fənd işlətmək istəyərkən düzgün təkan verə bilmədim və rəqib idmançının çanaq sümüyü qulağımın üstünə düşdü. Zərbə o qədər güclü idi ki, az qala qulağımın yarısı qopmuşdu. Həkimlər qərar verdilər ki, görüş yarımçıq dayandırılmalıdır. Dərhal Xorvatiyada qulağımdan əməliyyat olundum. Belə olan halda milli komanda ilə birgə orda qalmağımın mənası yox idi. Toplanışdan kənarda qaldığım üçün üzüldüm. Lakin inşallah, tezliklə sıraya dönəcəm. Bakıya qayıtdıqdan sonra qulağımdakı sarğı açılıb. Həkimlərin məsləhəti ilə 15-20 günə məşqlərə başlaya bilərəm".
Qeyd edək ki, Zaqrebdəki turnirdən sonra Poreç şəhərinə yollanan Azərbaycanın yunan-Roma güləşi millisinin üzvləri fevralın 22-dək burada hazırlıq keçəcəklər.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Zagreb Open”: Azərbaycanın daha 6 güləşçisi mübarizə aparıb
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













