Cəlilabadda boks zalının açılışı olub
Far.Az xəbər saytı

Cəlilabadda boks zalının açılışı olub


Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Mərasimdən öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidəsi Kompleksini ziyarət edərək önünə əklil və gül dəstəsi qoyub, xatirələrini dərin ehtiramla anıblar.

Bölmənin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb, boks zalında məşğul olan idmançılara uğurlar arzulayıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər