Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq
Far.Az xəbər saytı

Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq


Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq.

“Far.Az” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, istisnasız olaraq bütün əhaliyə münasibətdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslər təkcə orada deyil, başqa ərazilərdə də peşə təhsilini pulsuz ala biləcəklər:

"Tutaq ki, şəxs Ağdam və ya Füzulidə məskunlaşıbsa, məsələn, Tərtərdə və ya Bərdədə peşə təhsili almaq istəyirsə, güzəştdən yararlana biləcək. Gələcəkdə digər güzəştlər də nəzərdə tutula bilər. Amma hələlik bu dəyişikliklər üç illik proqram üçün nəzərdə tutulub”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər