Azərbaycan sığortaçıları I rübdə 9 mindən çox "Yaşıl Kart" satıb
Bu ilin I rübündə "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində Azərbaycanda 9 034 müqavilə bağlanılıb və ümumilikdə 1 289 275 manat sığorta haqqı toplanılıb.
"Far.Az" İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, bu müqavilələrin 6 305-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 382 668 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 2 729 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilərək 906 607 manat sığorta haqqı toplanılıb.
I rübdə Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, Almaniya və digər ölkələrdə ümumilikdə 73 yol-nəqliyyat hadisəsi üzrə 316 953 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 4 342 manat olub.
Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 25 hadisə üzrə 193 245 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 7 730 manat təşkil edib.
"Yasil Kart" üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və "Yaşıl Kart" sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycanın "Yaşıl Kartl"arının satışı həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan xarici ölkələrdə "Yaşıl Kart" üzrə 2,5 milyon manatdan çox sığorta ödənişi edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib













