İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
Ermənistanın paytaxtı İrəvanda İspaniyanın fəxri konsulluğunun açılış mərasimi keçirilib.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, İspaniya və Qvatemalanın Ermənistandakı fəxri konsulu Aşot Parsyan konsulluğun əsas missiyasının yalnız İspaniya vətəndaşlarına dəstək olmaqdan deyil, həm də iki ölkə arasında iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib.
Onun fikrincə, İspaniya ilə viza rejiminin sadələşdirilməsi Ermənistan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək və ikitərəfli səfərləri aktivləşdirərək insanların daha sərbəst hərəkətini təmin edəcək.
"İspanların Ermənistana səfəri ilə bağlı heç bir problemi yoxdur. Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşları, xüsusən də Avropa ölkələrində daha sərbəst biznes fəaliyyəti göstərə biləcək iş adamlarımız üçün də vacibdir", - o qeyd edib.
İspaniyanın Ermənistandakı səfiri Rikardo Martines Vaskesin sözlərinə görə, bu yay İrəvan və Alikante arasında birbaşa hava əlaqəsi qurulacaq:
"Əminəm ki, bu, Ermənistan və İspaniya arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - diplomat bildirib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İrəvanda İspaniya konsulluğunun açılış mərasimi keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Mexikoda turistlərə atəş açan şəxs intihar edib













