Azərbaycan xarici ölkələrdə "Yaşıl Kart" üzrə 2,5 milyon manatdan çox sığorta ödənişi edib
Ötən il İcbari Sığorta Bürosu 50 min 207 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.
Bu barədə "Report" “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına (İSB) istinadən xəbər verir.
Bu müqavilələrin 40 min 038-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 169 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb.
2024-cü ildə Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3 min 907 manat olub.
Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8 min 314 manat təşkil edib.
Ümumilikdə ötən il "Yaşıl Kart" sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib.
2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96 min 667 manat sığorta ödənişi edilib.
Xatırladaq ki, İSB "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub













