MPK rəsmiləri IPC-nin Üzvlük İclasında paraidmanın gələcək inkişaf perspektivlərini müzakirə ediblər
Far.Az xəbər saytı

MPK rəsmiləri IPC-nin Üzvlük İclasında paraidmanın gələcək inkişaf perspektivlərini müzakirə ediblər


Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Üzvlük İclasında iştirak ediblər.

MPK-dan "Report"a verilən məlumata görə, noyabrın 7-dən 9-dək "Birlikdə: Fəaliyyətə çağırış" ("Coming Together: A Call to Action") devizi altında keçirilən üçgünlük iclasda Paralimpiya Hərəkatının gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetlər müzakirə olunub.

IPC-yə üzv təşkilatları təmsil edən 250-dən çox nümayəndənin qatıldığı tədbirin əsas müzakirə mövzularından biri qurumun 2027-2030-cu illər üzrə Strateji Planı olub. İştirakçılar növbəti dördillik dövr üçün nəzərdə tutulan hədəf və prioritetlərlə bağlı fikir və təkliflərini bölüşüblər.

Bununla yanaşı, "World Para Sports" təşkilatının idarəetmə səlahiyyətlərinin ötürülməsi prosesi və 2025-ci il IPC Təsnifat Məcəlləsinin tətbiqi məsələləri də müzakirə edilib.

Üçgünlük proqram çərçivəsində paraidmanın inkişafı, paralimpiyaçıların idman karyeralarının müxtəlif mərhələlərində dəstəklənməsi, liderlik potensialının gücləndirilməsi və dayanıqlı inkişaf proqramlarının təşviqi mövzularında plenar sessiyalar, panel müzakirələri və praktiki seminarlar təşkil olunub.

IPC-nin prezidenti Endrü Parsons çıxışında Paralimpiya Hərəkatının gələcək inkişafında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, iclas zamanı üzvlər tərəfindən səsləndirilən fikir və təkliflərin IPC-nin 2027-2030-cu illər üzrə Strateji Planının hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər