Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları əsasında qurur - Rəy
Far.Az xəbər saytı

Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları əsasında qurur - Rəy


Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, bərabərhüquqluluq, qarşılıqlı hörmət və maraqlar əsasında qurur.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O, son dövrlərdə Azərbaycanın ABŞ, Çin və digər nüfuzlu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsini konkret dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib:

"Bu baxımdan, noyabrın 13-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev ilə Böyük Britaniyanın Baş naziri Endi Börnhemin imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın xarici siyasət uğurlarının növbəti mühüm göstəricisidir. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin rəsmən yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Sənəd tərəflər arasında otuz ildən artıq davam edən enerji və iqtisadi əməkdaşlığı təhlükəsizlik, rəqəmsal transformasiya və regional bağlantıları əhatə edən çoxşaxəli siyasi-strateji müstəviyə keçirir".

V.Rəhimzadə bildirib ki, sözügedən Birgə Bəyannamənin mühüm siyasi məqamlarından biri də həmin sənəddə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir:

"Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə yönəlik diqqətin göstəricisidir. Böyük Britaniyanın regionda davamlı sülhə ikitərəfli dialoq yolu ilə nail olunmasına dəstəyini ifadə etməsi də bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi yalnız region ölkələri üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından da vacibdir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər