Azərbaycanda daha 7 regionda ulduzunu düzgün qeyd etməyən hotellərin reklamları söküləcək
Far.Az xəbər saytı

Azərbaycanda daha 7 regionda ulduzunu düzgün qeyd etməyən hotellərin reklamları söküləcək


Dövlət Turizm Agentliyi və Dövlət Reklam Agentliyinin əməkdaşlığı çərçivəsində regionlardakı yerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.

"Far.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu barədə razılıq iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib.

İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

Görüş çərçivəsində aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub. “Reklam haqqında” qanunda da deyildiyi kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

Hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını Dövlət Reklam Agentliyinə təqdim etməlidirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu hotellerin fəaliyyəti dayandırılacaq
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər