Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA


Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub, dağlıq rayonlara qar yağıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, Qobustan, Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda 1 sm olub.

Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir - YENİLƏNİB
Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Lerikdə qarın hündürlüyü 20 sm-ə çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər