Pentaqon kosmosu döyüş əməliyyatları məkanı hesab edir
ABŞ kosmik məkanı hərbi əməliyyatların aparıldığı sahələrdən biri kimi nəzərdən keçirir və burada silahlı qüvvələrinin üstünlüyünü təmin etməyi zəruri sayır.
"Far.Az" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Rod-Aylend ştatının Nyuport şəhərindəki Hərbi Dənizçilik Kollecində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları məkanı sürətlə genişlənir və quru, sualtı məkan, kosmos, kiberməkan və koqnitiv sahədə birgə əməliyyatları əhatə edir.
Heqset qeyd edib ki, bu sahələrdə mübahisəsiz üstünlüyün təmin edilməsi zəruridir və dünya görünməmiş tərəqqi və dəyişikliklər dövrünü yaşayır.
Qeyd edək ki, BMT Baş Assambleyası 2025-ci ilin dekabrında kosmik məkanda silahlanma yarışının qarşısının alınmasına dair qətnamə qəbul edib. Sənəddə dövlətlər kosmosda silah yerləşdirilməsinin və güc tətbiqinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırılıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













