İtaliyalı tennisçi üç ay müddətinə diskvalifikasiya olunub
Far.Az xəbər saytı

İtaliyalı tennisçi üç ay müddətinə diskvalifikasiya olunub


Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) hazırda dünya reytinqində birinci yerdə qərarlaşan italiyalı tennisçi Yannik Sinneri üç ay müddətinə diskvalifikasiya edib.

"Report" agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan idmançının diskvalifikasiya müddəti bu il mayın 4-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ilin martında İndian-Uellsdəki "Masters" turnirində dünya reytinqinin liderinin verdiyi dopinq testlərinin nəticəsi müsbət çıxmışdı. Lakin Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) idmançını günahsız hesab etmişdi. Bu səbəbdən WADA oktyabrda ITIA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermişdi.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər