Gəncədə Qərbi azərbaycanlılara dəstək konfransı keçirilib
Gəncə şəhərində "Ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstək" mövzusunda regional konfrans təşkil olunub.
“Report”un Qərb bürosu xəbər verir ki, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Qərbi Azərbaycan İcması (QAİ) Gəncə şəhər nümayəndəliyinin dəstəyi, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən natiqlər Qərbi Azərbaycandan olan yüz minlərlə insanın hüquqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində ciddi addımların atıldığını vurğulayıblar.
Qeyd olunub ki, tarixi torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun gerçəkləşməsi üçün hər kəsin bu prosesə dəstək verməsi zəruridir.
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













